Neft Fondu qızıl alışını artırıb

16:51 - 16.07.2020


16 iyul, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin ikinci rübündə 0,2 ton qızıl alıb.

Bu barədə Neft Fondunun 2020-cu ilin 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında qeyd olunub.

Bildirilib ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 101,8 ton olub. İlin birinci rübünün yekunlarına olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 101,6 ton idi. Beləliklə də, Neft Fondu son 3 ayda 0,2 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 13,6 faizini, ABŞ dolları portfelinin isə 5 milyard 797,4 milyon dollarlıq hissəsini təşkil edir.

 

Bütün xəbərlər