Neft Fondu investisiyalarını əsasən bu ölkələrə yönəldir

17:03 - 16.07.2020


16 iyul, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) investisiyalarını inkişaf etməkdə olan ölkələrə yönəldib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Neft Fondunun 2020-ci ilin 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatda qeyd olunub.

Hesabata əsasən, bu il iyunun 30-na Fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 33,46 faizi inkişaf etməkdə olan ölkələr təşkil edib. İlin ilk rübünün sonuna olan məlumata görə bu göstərici 31,39 faiz idi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər