330x110
 

ARDNF Avropaya investisiyalarını azaldıb – Hesabat

16.07.2020,17:09


16 iyul, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) Avropa ölkələrinə investisiyalarını azaldıb, Asiya-Sakit Okean ölkələrinə isə artırıb.

ABC.AZ Neft Fondunun 2020-ci ilin 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29,33 faizi Avropa təşkil edib.

İlin ilk rübünün sonuna olan məlumata görə, Fondun coğrafi regionlar üzrə təsnifatında 33,16 faizi Avropa təşkil edirdi. Beləliklə də, cari ilin aprel-iyun aylarında Neft Fondu Avropa ölkələrinə investisiyalarını 3,83 faiz azaldıb.