Sənayenin qeyri-neft-qaz sektorunda istehsalı artıb – 6 ayın hesabatı

17:35 - 16.07.2020


16 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,5 faiz azalaraq 18,4 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ- a bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda istehsalı əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 11,2 faiz artıb, neft-qaz sektorunda isə 2,8 faiz azalıb.

Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma, 32,1 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 77,7 faiz olub.

 

Bütün xəbərlər