Azərbaycandan 74 min tondan çox polietilen ixrac edilib – 6 ayda

11:20 - 17.07.2020


17 iyul, Fineko/abc.az. 2020-ci ilin ilk 6 ayında (yanvar-iyun) Azərbaycandan 74,1 min ton polietilen ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məbləğ anlamında isə hesabat dövründə ixrac edilən polietilenin dəyəri isə 47,3 milyon ABŞ dolları olub.

Qeyd edək ki, məhsul Sumqayıt Kimya Sənaye Parkındakı “SOCAR Polymer” zavodunda istehsal edilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər