Azərbaycanda tütün istehsalı artıb – 17 faizə yaxın

15:16 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda istehsal olunan siqaret və tütün məhsulu olan papirosun həcmi məlum olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, 6 ayda 154,8 mln. manat dəyərində 2 974,9 mln. ədəd papiros və siqaretlər istehsal edib.

Müqayisə üçün qeyd edək ki, ilin ilk altı ayında ötən ilin eyni dövrünə nisbətən  ölkədə tütün istehsalı dəyər ifadəsində 16,3% artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər