Rezidenturaya qəbul imtahanları barədə Açıqlama

16:10 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Magistraturanın dövlət sifarişli yerlərinə qəbul olanlarla bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlama verib. O qeyd edib ki, onların 95,7 faizi artıq qeydiyyatdan keçib.

ABC.AZ xəbər verir ki, M. Abbaszadə bunu onlayn mətbuat konfransında deyib.

DİM sədri digəe yerlərə qəbul olanlarla bağlı da danışıb: "Onarın isə 88,52 faizi qeydiyyatdan keçib. Magistraturaya qəbul olunanların qeydiyyatı iyulun 20-nə qədər davam edəcək. Ümumilikdə 44 universitetdən 20-nə qəbul olanların 90 faizi qeydiyyatdan keçib”. 

M. Abbaszadə onu da qeyd edib ki, avqustun 10-a kimi rezidenturaya qəbul imtahanının keçirilməsi nəzərdə tutulub.

 

Bütün xəbərlər