Gərginlik hələ də qalır - Sərhəddəki vəziyyət barədə açıqlama

16:43 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyətlə bağlı açıqlama verib.

ABC.AZ-ın məlumatına görə, nazirlik rəsmisi qeyd edib ki, iyulun 17-nə keçən gecədən hal-hazıra kimi Ermənistan-Azərbaycan sərhəddinin Tovuz ərazisində gərginlik əvvəlki günlərə baxdıqda nisbətən sakitləşsə də, gərginlik yenə də qalır: “Bizim dövlət sərhəddi sahəsində, mövqelərimiz istiqamətində düşmən tərəfindən avtomatlardan və digər atıcı silahlardan istifadə olunur. İriçaplı silahlardan istifadə olunmur. Əvvəlki günlərdə olduğu kimi minaatanlardan və digər artileriya qurğularından istifadə olunmur. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

 

Bütün xəbərlər