330x100
 

“Şahdağ” turizm mərkəzi - qış istirahəti üçün MDB ölkələrinin dağ-xizək kurortlarının ilk üçlüyündədir

10.10.2017,12:58


“TurStat” analitik agentliyi  MDB ölkələrinin, irəlidən gələn qış aylarında populyar olacaq dağ-xizək kurortlarının adlarını çəkdi.

Reytinq 2017-2018-ci il qış mövsümünə turistlərin yerləşdirilməsinin vasitələrinin onlayn-sifarişlər sistemlərinin erkən bronlarının məlumat təhlilinin nəticələrinə əsasən tərtib edilib.
Şaxdağ MDB ölkələrinin ən yaxşı qış kurortlarının birinci üçlüyünə daxildir. İlk onluqda həmçinin “Tufandağ” turizm mərkəzi yer alıb.

“TurStat”-ın məlumatına görə, MDB ölkələrinin dağ-xizək kurortlarında qış istirahəti 7gündən 10 günə  qədər müddətdə planlaşdırır.

Çimbulaq (Qazaxıstan), Şaxdağ (Azərbaycan), Siliçi (Belarus), Tsaxkadzor (Ermənistan), Çimqan (Özbəkistan), Qaragöl (Qırğızıstan), Loqoysk (Belarus), Tufandağ (Azərbaycan), Altay Alpı (Qazaxıstan) və Yakut Dağları (Belarus) dağ-xizək istirahəti və Rusiyalı turistlər arasında populyar olan snoubordinq üzrə MDB ölkələrinin ən yaxşı qış kurortlarının  ilk onluğuna daxildir.
Ən  ucuz istirahətin Çimqanda, ən bahalı isə - Çimbulaqda olacağı qeyd edilir.

 

Açar sözlər: Şaxdağ Tufandağ TurStat