Yer kürəsində yeni okean yarana bilər – Proqnoz

10:12 - 20.07.2020


20 iyul, Fineko/abc.az. Gələcəkdə yer kürəsində yeni - beşinci okeanın yarana biləcəyi ehtimalı var.

ABC.AZ-ın məlumatına görə, tədqiqatçıların fikrincə, təxminən 5-10 milyon il sonra Afrikanın şərqində tektonik sınma baş verəcək və qitə yarıya bölünəcək.

Qitənin Efiopiyanın Afar regionundakı bu hissəsi üç tektonik layın birləşdiyi nöqtədə yerləşir və həmin laylar tədricən bir-birindən aralanır.

2005-ci ildə regionda uzunluğu 56 kilometrə çatan iri çat yaranıb. Alimlər hesab edirlər ki, son nəticədə həmin çat Afrikanı iki yerə böləcək və yeni okean üçün hövzə peyda olacaq.

Böyük Britaniyadakı Lids Universitetinin professoru Kristofer Mur deyib ki, bu, yer kürəsində yeganə yerdir ki, burada kontinental riftin okeanik riftə çevrilməsini əyani şəkildə öyrənmək mümkündür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər