330x110
 

Məhkəmələr fəaliyyətini bərpa etdi – İşlərə baxılması tapşırığı verildi

20.07.2020,15:03


20 iyul, Fineko/abc.az. Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının inzibati ərazisində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar qəbul olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.

Belə ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 20 iyul saat 06:00-dan 05 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrə işlərə baxılması ilə bağlı tövsiyələr verilib. Ali Məhkəmələrdə və apelyasiya instansiyası məhkəmələrində bütün kateqoriya işlərə baxılması təmin edilməsi tapşırığı verilib.