İstehsalı artan məhsullar – Siyahı

16:04 - 20.07.2020


20 iyul, Fineko/abc.az. 2020-ci ilin 6 ayında (yanvar-iyun) quşçuluq müəssisələrində diri çəkidə 36,4 min ton quş əti istehsal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu rəqəm  ötən ilin eyni dövründə 33,8 min ton olmuşdu.

Bu ilin 6 ayında yumurta istehsalı isə 402 milyon ədəd təşkil edib. Müqayisə üçün qeyd edək ki, yumurta istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Belə ki, ötən ilin analoji dövründə yumurta istehsalı 359 milyon ədəd olmuşdu. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 12 milyon 155,8 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 101 ədəd yumurta alınıb.

 

Bütün xəbərlər