Bakıdan İstanbula hər gün uçmaq olacaq – Yeni qaydalar

17:28 - 20.07.2020


20 iyul, Fineko/abc.az. Azərbaycanın milli aviadaşıyıcısı avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq. 

AZAL-dan ABC.AZ-a daxil olan məlumata görə, hazırda aviaşirkət tərəfindən həyata keçirilən Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə dörd dəfə həyata keçirilir.

Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. 

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq. 

 

Bütün xəbərlər