Xəstələnən zaman evdən bayıra çıxmaq olmaz – Açıqlama

17:33 - 20.07.2020


20 iyul, Fineko/abc.az. Kiminsə hərarəti qalxır, o isə parasetamol içir, qızdırmasını aşağı salıb işə gedir.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, bu, qətiyyən yolverilməzdir və yoluxmaların artmasına səbəb olur: “İnsanlar dərk etməlidir ki, xəstələnən zaman heç bir zaman evdən bayıra çıxmamalı, işə getməməlidirlər”.

 

 

Bütün xəbərlər