Azərbaycanda 3,5 milyondan çox işçinin sosial sığortası vardır

16:14 - 23.01.2018


23 yanvar, Fineko/abc.az.  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə işçilərin uçotunu aparmaqda davam edir.

Nazirliyin məlumatında bildirilir ki, 2017-ci ildə  fərdi uçot sistemində 193 188 nəfər qeydiyyata alınıb ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 1 434 nəfər çoxdur.

Beləliklə,  2018-ci ilin 1 yanvar   tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb.

 

 

Bütün xəbərlər