16:29 - 23.01.2018
23 yanvar, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,2% artıb.
Dövlət Statistika Komitəsindən xəbər verilib ki, 2017-ci ildə heyvandarlıq məhsullarının istehsalı 2,7%, bitkiçilik məhsullarının istehsalı isə 6,1% artmışdır.
“2017-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 941,5 min hektar əkin sahəsindən 2693,2 min ton və ya 2016-cı illə müqayisədə 5,2 faiz az məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil etmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3,4% artaraq 405,1 min ton, süd istehsalı 0,8% artaraq 1,847,1 min ton, yumurta 6,4% artaraq 1,564,9 mln. ədəd təşkil etmişdir. Yun istehsalı isə 3,8% azalaraq 15,9 min ton təşkil etmişdir”, - məlumatda belə deyilir.
İlkin məlumatlara görə 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8465,6 min baş qoyun və keçi, 2679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1289,8 min baş inək və camış mövcud olmuşdur.
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024