Ermənistanın 2 hərbçisi ağır yaralanıb – Vaqif Dərgahlı

16:35 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.

ABC.AZ xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur. V.Dərgahlının sözlərinə görə, düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır.

"Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb” deyə V.Dərgahlı qeyd edib.

 

Bütün xəbərlər