Azərbaycan əhalisinin gəlirləri 8,3% artıb

23.01.2018,16:43


23 yanvar, Fineko/abc.az. 2017-ci ildə Azərbaycan əhalisinin gəlirləri 49162,9 milyon manat təşkil edib ki, bu da 2016-cı il göstəricisindən 8,3% çoxdur.

Dövlət Statistika Komitəsindən xəbər verilir ki, 2016-cı il ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 12,9% artmışdır.

“O cümlədən ərzaq məhsullarının qiymətləri 16,4%, qeyri-ərzaq məhsullarının qiymətləri 11,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,3% artmışdır”, - məlumatda belə deyilir.

Əhalinin orta aylıq nominal əmək haqqı 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə, 2017-ci ilin 11 ayı ərzində 6,2% artaraq 525,0 manat təşkil etmişdir. Əhalinin gəlirləri 8,3% artaraq 49 162,9 milyon manat təşkil etmişdir.