Nazir müavini kollektivə təqdim olunub – Nazirlikdə görüş

11:20 - 22.07.2020


22 iyul, Fineko/abc.az. Yeni təyin edilmiş Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov nazirliyin kollektivinə təqdim edilib.

ABC.AZ xəbər verir ki, təqdimat mərasimində çıxış edən Anar Kərimov qeyd edib ki, öz fəaliyyətində hər zaman dörd prinsipi – dövlətçilik, məsuliyyət, şəffaflıq və ədalət prinsiplərini rəhbər tutaraq, gələcək fəaliyyətində bu prinsiplərə riayət edəcək.

Sonda Anar Kərimov birgə səylər göstərməklə nazirliyin kollektivinə uğurlar arzu edib.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin iyulun 20-də imzaladığı Sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər Sərəncamı ilə o həm də Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edəcək.

 

Bütün xəbərlər