330x110
 

Erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub – Vaqif Dərgahlı

22.07.2020,11:31


22 iyul, Fineko/abc.az. "Erməni tərəfinin açıqlaması uydurma və dezinformasiyadır".

ABC.AZ-ın məlumatlna görə, bunu  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O qeyd edib ki, bu istiqamətdə yeni bir hücum olmayıb.

"Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur. Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib" deyə nazirlik rəsmisi bildirib.