Altı ayda insanlar ən çox bu mallara pul xərcləyib – Siyahı

11:57 - 22.07.2020


22 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsi bu ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan malların həcmini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər