330x110
 

Azərbaycanda əsas kapitala ən çox vəsait qoyan ölkələr – Siyahı

22.07.2020,12:11


22 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilən vəsaitin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 454,4 milyon manat vəsait yönəldilib.

Bu vəsaitin 2 milyard 174 milyon manatı (88,6 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Müəllif: Elmir Murad