Azərbaycanda interneti olan dayanacaq qurulub – İsmayıllıda

14:27 - 22.07.2020


22 iyul, Fineko/abc.az. Azərbaycanda ilk dəfə bio-smart avtobus pavilyonu quraşdırılıb.

ABC.AZ-ın məlumatına görə, pavilyon İsmayıllı rayonunda quraşdırılıb. Pavilyonun digərlərindən fərqi odur ki, burada 8 oturacaq var və dayanacaq günәş enerjisi ilә işlәyən enerji port, USB və internetlə təmin olunub.

Bununla yanaşı, dayanacaqda tәhlükәsizlik kamerası, deinfeksiya duşu, mini bar (su, fanta, kola) mövcuddur.

 

Bütün xəbərlər