Altı ayda 54 mindən çox adam işlə təmin olunub

10:47 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Dövlət Məşğulluq Agentliyi tərəfindən 54 min 137 nəfər  işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub.

ABC.AZ-ın məlumatına görə, əsasən həssas əhali qruplarından ibarət olmaqla 12  min nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb, onlardan artıq 3500 nəfər proqrama cəlb olunub.

Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, habelə  38,4 min nəfər peşə hazırlığına və peşəyönümü tədbirlərinə cəlb edilib.

16 rayon və şəhərdə keçirilən əmək yarmarkalarında 1 150 nəfər işlə təmin olunub. Yanvar-may aylarında “Məşğulluq” altsistemində vakansiyaların qeydiyyatı da davam edib və altsistemdə 45,6 min vakansiya qeydiyyata alınıb.

 

Bütün xəbərlər