330x110
 

Bu sahədəki xidmətlərin həcmi artıb – Hesabat

23.07.2020,10:59


23 iyul, Fineko/abc.az. Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,4 faiz artaraq 1 milyard 042,8 milyon manat təşkil edib.

ABC.AZ trend-ə istinadən xəbər verir ki, xidmətlərin 72,0 faizi əhali tərəfindən istehlak olunub.

Bu sahədə əldə edilmiş gəlirin 80,0 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42,0 faizi və ya 438,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.