330x110
 

"Standard İnsurance"-un müflis elan olunması üçün məhkəmə keçiriləcək – Tarix

23.07.2020,11:06


23 iyul, Fineko/abc.az. Koronavirus pandemiyası və sərt karantin tədbirləri "Standard İnsurance" Sığorta Şirkətinin müflis elan olunması ilə bağlı məhkəmə baxışın təxirə salınmasına səbəb olub.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bank  yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, Mərkəzi Bankln 19 may 2020-ci il tarixli qərarı ilə "Standard İnsurance" Sığorta Şirkətinin sığorta fəaliyyəti üçün lisenziyası ləğv edilib və şirkətin iflas prosedurunun başlanılması üçün məhkəməyə müraciət edilib.

Məhkəmə baxışı 29 iyul 2020-ci il saat 15.00-da Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən Bakı Kommersiya Məhkəməsində keçiriləcək.

Müəllif: Elmir Murad