Xəstəxananın şöbə müdiri polisə çağrıldı – Karantin qaydalarını pozub

14:21 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Şəkidə karantin qaydalarını pozan çayxananın Səhiyyə Nazirliyinin balansında olduğu məlum olub.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhərin Bağbanlar küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb.

Araşdırmalar zamanı həmin çayxananın Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Şəki rayon şöbəsinin nəzdində fəaliyyət göstərdiyi məlum olub.

Mərkəzin rayon şöbəsinin direktoru polis şöbəsinə dəvət olunaraq onunla profilaktiki söhbət aparılıb, qanunauyğun tədbirlər görülüb. 

 

Bütün xəbərlər