Dövlət təşkilatları büdcəyə bu qədər pul köçürüb – Məbləğ

14:46 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Nazirliyi bu ilin 6 ayında dövlət büdcəsinin mədaxili və xərclərini açıqlayıb.

Sözügedən dövrdə mədaxil 12 milyard 22,7 milyon manat, xərclər isə 11 milyard 730,8 milyon manat təşkil edib.

ABC.AZ-ın məlumatlna görə, ilin birinci yarısında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 19,3 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 milyon manat və ya 5,1 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 266,4 və 56,6 milyon manat vəsait büdcəyə daxil olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 5 milyard 675 milyon manat vəsait transfert edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər