Sosialyönümlü xərclərə ayrılan vəsaitlər artıb – 1 milyard manatdan çox

16:50 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Bu ilin 6 ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4 milyard 984,4 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.

ABC.AZ-ın məlumatına görə,  bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Maliyyə Nazirliyinin bu ilin 6 ayında dövlət büdcəsinin icrasına dair açıqlamasını şərh edərkən deyib.

O qeyd edib ki, sözügedən məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz və ya 1 milyard 30,7 milyon manat çoxdur.

 

Bütün xəbərlər