Bu gün Bakının Xətai rayonunda su verilişi dayandırılacaq

10:46 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. “Azərsu” ASC su verilişində növbəti fasilələrin olacağı barədə xəbərdarlıq edir.

ASC-in məlumatında deyildiyi kimi,  bu gün ərzində Bakı şəhərinin Xətai rayonunun bəzi hissələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Su verilişi, M.Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar məhdudlaşdırılacaq”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər