Bu küçədə yol bağlanır – Təmir işləri aparılacaq

17:14 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gecədən ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu barədə ABC.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, məhdudlaşdırma təmir işləri bitənə qədər qüvvədə olacaq.

“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - deyə məlumatda qurum bəyan edib.

 

Bütün xəbərlər