Bundan sonra suyun verilməsi qrafiklə olacaq – İsrafçılığa son

11:36 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Əkin sahələrinin suvarılması üçün qrafiklərin tətbiq edilməsi prosesi başlayıb. Hesab edirəm ki, bu, çox əhatəli bir proses olmalıdır.

ABC.AZ-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, ölkə üzrə hər yerdə qrafiklər tətbiq edilməlidir və çox ciddi nəzarət olmalıdır: "Bu məsələ həll olunarkən, əlbəttə ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi ilə də uzlaşdırılmalıdır və fermerlər də buna cəlb edilməlidir. Çünki suların bölüşdürülməsi ədalətli olmalıdır. Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur. Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar”.

 

Bütün xəbərlər