Azərbaycanda daha bir ictimai birlik yaradıldı – Qeydiyyata alındı

11:44 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  (KOBİA) təşəbbüsü və dəstəyi ilə ölkədə yeni sahibkar birlikləri yaradılıb.

ABC.AZ xəbər verir ki ,“Qum, çınqıl və daş istehsalçıları assosiasiyası” İctimai Birliyi, “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyi və “Ticarət şəbəkələri” İctimai Birliyi yaradılıb.

Hər üç biznes assosiasiyası dövlət qeydiyyatına alınıb və artıq fəaliyyətə başlayıb.

Yeni assosiasiyalar müvafiq sahələrin inkişafına dəstək olmaq, bu sektorlarda təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması, sahibkarların, xüsusilə də kiçik və orta biznes subyektlərinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb.

 

Bütün xəbərlər