330x110
 

Bu qurum dövlət büdcəsinə 5 milyon manatdan çox vəsait köçürüb – 6 ayın hesabatı

24.07.2020,11:52


24 iyul, Fineko/abc.az. “AzerGold” QSC-nin bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn müşavirə keçirilib.

ABC.AZ-ın məlumatına görə, müşavirədə “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib ki, bu ilin ilk 6 ayında Daşkəsən rayonunda yerləşən Çovdar yatağından 28,5 min unsiya qızıl, 62 min unsiya gümüş hasil edilib, beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 20,3%, gümüş hasilatında isə 40,9% artım qeydə alınıb: "Bununla yanaşı cari ilin ilk 6 ayında 25,1 min unsiya qızıl, 55,6 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 43,2 mln. ABŞ dolları (73,5 mln. manat) həcmində vəsait cəlb edilib ki, bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% çoxdur. Bu ilin birinci yarısı ərzində dövlət büdcəsinə 5,5 mln. manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 4,5 mln. manatı vergi, 1 mln. manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib".

Müəllif: Elmir Murad