Azərbaycanlılara hücum edən ermənilərə qarşı cinayət işi başladı – Bir erməni saxlanıldı

12:11 - 24.07.2020


24 iyul, Fineko/abc.az. "İki gün öncə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında baş verən hadisələr zamanı azərbaycanlılara məhz ermənilər hücum edərək xəsarət yetirib".

ABC.AZ xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib ki, bu sözlər Los Anceles polisinin yaydığı məlumatda qeyd olunub.

Baş Konsulluğun səyləri nəticəsində bu hadisənin məhz erməni daşnakları tərəfindən törədildiyi öz rəsmi təsdiqini tapdı. Bundan əlavə, polis bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəmnində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib. Hazırda bir nəfər erməni saxlanılıb və digərlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üzrə istintaq prosesi davam edir. Baş Konsulluq sözügedən erməni cinayətkarların tezliklə müəyyən edilib öz cəzalarını almaları üçün bütün lazımi tədbirləri görməkdədir.

 

Bütün xəbərlər