Gürcüstanda COVİD 19 xəstələrinin sayı artır - 16 nəfər ölüb

14:25 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Gürcüstanda son sutka ərzində daha 19 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. ABC.AZ xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 1109-ə yüksəlib. Xəstəlik səbəbindən 16 nəfər həyatını itirib, 912 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 5 936 nəfər karantinə alınıb, 268 nəfər isə tibbi müşahidə altında saxlanılır.

Tibb müəssisələrində 176 pasiyentin müalicəsi davam etdirilir.V

 

 

Bütün xəbərlər