Araz Ağalarova məxsus bazardan erməni məhsulları çıxarıldı - Ermənistana daha bir zərbə

14:32 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Rusiyadakı "Tvoy Dom" ticarət mərkəzindən bütün Ermənistan məhsulları yığışdırılıb.

ABC.AZ Rusiyanın RBK saytına istinadən xəbər verir ki, məhsulların ticarət mərkəzindən yığışdırılmasına "Krokus Grup" şirkətinin rəhbəri azərbaycanlı milyarder Araz Ağalarov tapşırıb.

Qeyd edək ki, bu Rusiyada ermənilərə qarşı ilk belə addım deyil. Belə ki, bundan əvvəl də Moskvada azərbaycanlı milyarderlərə məxsus "Fud Siti" meyvə-tərəvəz bazarından ermənilərə məxsus meyvələr çıxarılmışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər