Azərbaycan prezidenti: Azərbaycanda özəl sektorun dəstəklənməsi siyasəti davam edəcək

12:02 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. Özəl sektorun dəstəklənməsi siyasəti Azərbaycanda prioritet istiqamət olaraq qalır.

Davosda keçirilən Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, özəl sektorun dəstəklənməsi siyasəti davam edəcək.

“Kiçik sahibkarlığın ümumi daxili məhsulumuzdakı payı hələ də çox aşağıdır. Gələcək illərdə bizim əsas hədəfimiz onlar üçün əlavə imkanlar yaratmaqdır ki, onlar yeni iş yerləri açsınlar və daha çox gəlir əldə etsinlər”, - dövlət başçısı belə deyib.

 

 

Bütün xəbərlər