330x110
 

Sahibkarlara 5.6 milyon manat kredit ayrıldı – Yeni platforma vasitəsi ilə

24.07.2020,16:03


24 iyul, Fineko/abc.az. Yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması (www.e-edf.gov.az) yaradılıb.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, hazırda kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və kredit təşkilatları tərəfindən təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması ilk dəfə tətbiq olunan bu platforma vasitəsilə həyata keçirilir.

22 iyul tarixinədək Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 495 milyon manat olan 1447 müraciət daxil olub: “Artıq bir sıra müraciətlərə baxılıb və 46 müraciət üzrə ümumi həcmi 5.6 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib".