330x110
 

Altı ayda 93 milyon manatdan çox ipoteka krediti verilib

24.07.2020,17:20


24 iyul, Fineko/abc.az. Bu ilk yanvar-iyun aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 93,3 mln. manat ipoteka krediti verilib.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna görə, göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6,6% azdır.

Qeyd edək ki, hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 89% artaraq 75,5 mln. manata çatıb.