12:31 - 24.01.2018
24 yanvar, Fineko/abc.az. Azərbaycanın Maliyyə Nazirliyi ötən gün dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirmişdir.
“Bakı Fond Birjası” QSC-i məlumat verir ki, yanvarın 23-də Maliyyə Nazirliyi, manatla nominasiya edilmiş AZ0104001687 ISIN nömrəli DQİ satıb. İstiqrazlar 364 gün tədavül müddəti ilə 35 milyon manat həcmində təklif edilmişdir.
Hərrac zamanı, 95 291,9 min manat məbləğində DQİ-nın alışı üçün 18 investor tərəfindən 35 sifariş təqdim edilmişdir. İnvestorlar DQİ üçün 85,7 manatdan (illik gəlirlilik 16,778%) 88,943 AZN (12,5%) manata qədər təklif etmişlər.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 87,7784 AZN (13,9999%), orta ölçülmüş qiyməti 87,9520 AZN (13,7738%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 35 000 000 AZN təşkil etmişdir.
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024