“Qrand” kafesinin sahibi həbs edildi – Karantin qaydalarını pozub

15:11 - 27.07.2020


27 iyul, Fineko/abc.az. Tərtərdə fəaliyyət göstərən “Qrand” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi aşkarlanıb.

ABC.AZ Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, karantin qaydalarını kobud şəkildə pozan həmin obyektin sahibi – R.Süleymanov inzibati qaydada həbs edilib, müştəriləri olan digər 4 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

 

Bütün xəbərlər