Azərbaycan Prezidenti İlham Əliyev VTB-nin başçısı ilə görüşüb

13:04 - 24.01.2018


23 yanvar 2018-ci il tarixində Davosda keçirilən Dünya iqtisadi forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bank VTB-nin prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb. 

Görüş zamanı tərəflər maliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində marağlı olduqlarını təsdiqləyiblər. Andrey Kostin Azərbaycan Prezidentinə bu ilin birinci rübündə VTB (Azərbaycan)-ın kapitalının 265 milyon manat məbləğində artırılması planlarından danışıb.

Tərəflər həmçinin Azərbaycan iqtisadiyyatına investisiyaların, xüsusilə də beynəlxalq bazarlardan ölkəyə maliyyə vəsaitləri cəlb edilməsinin təşkilində VTB-nin iştirakı məsələlərini müzakirə ediblər.

 

 

Bütün xəbərlər