330x110
 

Ən az sığorta haqqı toplayan şirkətlər – Siyahı

28.07.2020,10:37


28 iyul, Fineko/abc.az. Mərkəzi Bank Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin yanvar-iyun ayları üzrə maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, ölkənin əsas Bankının hesabatında 6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətlərinin adları da qeyd olunub.

Bunlar "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (624 min manat) və "Bakı Sığorta” (729 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,358 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,3%-i deməkdir.

Müəllif: Elmir Murad