330x110
 

Səhiyyə Nazirliyi 3 milyon 700 min manatlıq tender qalibini elan etdi

28.07.2020,10:43


28 iyul, Fineko/abc.az. Səhiyyə Nazirliyi Bakı şəhərinin Nizami rayonunda 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sökülərək yenidən qurulması və onun ərazisində Təcili Tibbi Yardım Stansiyasının tikintisi (tibbi avadanlıqlarla və inventarlarla təchizatı) üçün elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi "ARASH MEDİCAL COMPANY" MMC olub.

Qalib şirkətə 3.712696 manat ödəniləcək.