Ən çox sığorta ödənişi edən şirkətlər – Siyahı

11:04 - 28.07.2020


28 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 184 milyon 843 min manat sığorta ödənişi həyata keçirilib.

ABC.AZ-ın məlumatına görə, bunun 155 milyon 586 min manatı və yaxud 84,2%-i 5 sığorta şirkətinin payına düşüb.

Bunlar "PAŞA Həyat Sığorta", "PAŞA Sığorta", "Atəşgah Həyat Sığorta", “Xalq Sığorta” və "Atəşgah Sığorta"dır.

Belə ki, sözügedən dövrdə "PAŞA Həyat Sığorta" 91 milyon 595 min manat, "PAŞA Sığorta" 31 milyon 642 min manat, "Atəşgah Həyat Sığorta" 16 milyon 202 min manat, “Xalq Sığorta” 8 milyon 195 min manat və "Atəşgah Sığorta" 7 milyon 952 min manat sığorta ödənişi həyata keçirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər