Ən az ödəniş etmiş 5 sığorta şirkəti - Siyahı

11:13 - 28.07.2020


28 iyul, Fineko/abc.az. Bu ilin ilk 6 ayında 5 sığorta şirkətinin etdiyi ödənişin ümümi məbləği 155 milyon 586 min manat olub.

ABC.AZ-ın məlumatına görə, bu yanvar-iyun ayında sığorta şirkətləri tərəfindən edilən ödənişlərin 84,2%-ni təşkil edir.

Ən az sığorta edən 5 şirkət - Siyahı

Bu ilin 6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş şirkətlər "Xalq Həyat Sığorta", "Naxçıvan Sığorta", "Bakı Sığorta", "Rəvan Sığorta" və “Amrah Sığorta”dır.

“Amrah Sığorta” 401 min manat, "Rəvan Sığorta" 235 min manat, "Bakı Sığorta" 120 min manat, "Naxçıvan Sığorta" 4 min manat ödəniş edib, "Xalq Həyat Sığorta" isə ödəniş etməyib.

Adıçəkilən şirkətlərin ümumi ödənişlərinin məbləğinə gəldikdə isə bu 759 min manat olub. Bu isə yanvar-iyun ayında sığorta şirkətləri tərəfindən edilən ödənişlərin 0,4%-ni təşkil edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər