330x110
 

Əmək müqaviləsi ilə işləyənlərin sayı artıb – 107 mindən çox

28.07.2020,11:32


28 iyul, Fineko/abc.az. 2020-ci ilin 1 iyul tarixinə əmək müqavilələrinin sayı 1.661,7 min təşkil edib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, bu isə oni göstərir ki, rəqəmlər ilin əvvəlindən 107,3 min artıb.

O cümlədən qeyri-neft qeyri-dövlət sektorunda bu göstərici 748,8 minə çataraq ilin əvvəlindən 109,9 min artıb.

Təkcə iyun ayında qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımı 20,7 min təşkil edib. Təhlillər göstərir ki, cari ilin əvvəlindən ölkə üzrə əmək müqavilələrinin sayının ümumi artımının hamısı qeyri-neft qeyri-dövlət sektoru hesabına baş verib.

Müəllif: Elmir Murad