330x110
 

Ölkənin ən böyük dövlət şirkətinin işçilərinin bir hissəsi evdən işləyir – Açıqlama

28.07.2020,14:39


28 iyul, Fineko/abc.az. Pandemiya dövründə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 14 699 əməkdaşı evdən işləyib.

ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli şirkətdə İnsan Resurslarının İdarə edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşü zamanı bildirib.

Onun sözlərinə görə, bu da SOCAR əməkdaşlarının 29%-ni təşkil edir.

A.Bəkirli bildirib ki, bu müddət ərzində 35 907 əməkdaş isə işdə olub. Bu da SOCAR əməkdaşlarının 71%-ni təşkil edir.