330x110
 

Lerikə istirahətə gələn 10 nəfər saxlanılıb – Cərimə olunublar

28.07.2020,15:00


28 iyul, Fineko/abc.az. Lerikdə sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn 10 şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən ABC.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Cəlilabad və Sumqayıt sakini olan şəxslər müəyyən edilib.

Sözügedən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.